Yasamalda qəzalı yol tıxac yaradır – VİDEO

Yasamal rayonu, Bünyad Sərdarov küçəsində yol qəzalı vəziyyətə düşüb və nəqliyyatın gediş-gəlişi üçün çətinlik yaranıb.

Referans Media xəbər verir ki, bununla bağlı görüntüləri hüquqşünas Aslan İsmayılov sosial şəbəkə hesabında paylaşıb.

O bildirib ki, hər gün istifadə etdiyi həmin yolda nəqliyyatən sıxlığı müşahidə olunur.

Sakinlərin sözlərinə görə, sözügedən ərazidə yol Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən bağlanıb./Oxu.az/




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki