İtkin düşən uşaq görün haradan tapıldı

Şanlıurfada itkin düşən 5 yaşlı uşaq avtomobilin yük yerində tapılıb. Oynayarkən baqajına girib içəriyə qapanan uşağı axtaran ailə səs-küy eşitdikdən sonra onun içəriyə kilidləndiyini anlayıb.


Referans Media  xəbər verir ki, uşağı çıxara bilməyən ailə yanğınsöndürmə idarəsinə müraciət edib. Hadisə Şanlıurfanın Karaköprü mahalının Seyrantəpə məhəlləsində baş verib.

 
Küçədə oynayan 5 yaşlı P.A. parkda olan atasının yeni aldığı avtomobilin baqajına girərək, qapağını bağlayıb. Təxminən iki saatlıq axtarışdan sonra ailə avtomobilə minərək onu küçələrdə axtarmağa başlayıb.


Bir müddət axtaran ailə səsləri eşidən uşağın baqajda kilidli olduğunu anlayıb. Baqajı aça bilməyib, maşını saxlayıb yanğınsöndürənlərlə əlaqə saxlayıblar. Hadisə yerinə gələn yanğınsöndürənlər baqajdakı uşağa çatmaq üçün avtomobilin arxa oturacağını çıxarıblar. Uşaq sağ-salamat çıxarılaraq ailəsinə təhvil verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki