Kuba çökür: Elektrik kəsildi, otellər bağlandı, turistlər qaçır!

Kuba, yanacaq böhranı səbəbindən ciddi iqtisadi və turizm böhranı ilə üzləşib.

Referans Media xəbər verir ki, ölkədə elektrik kəsintiləri, uçuşların ləğvi və otellərin müvəqqəti bağlanması adanın iqtisadiyyatını ağır zərbəyə uğradıb. Turistlərin adanı tərk etməyə başlaması isə böhranı daha da dərinləşdirir.

ABŞ-ın Kuba neft tədarükünü məhdudlaşdırması ölkədə yanacaq çatışmazlığına və planlı elektrik kəsintilərinə səbəb olub. Yanacaq çatışmazlığı səbəbindən 30-dan çox otel və istirahət mərkəzi müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Turist sayının azalması adanın döviz gəlirlərini ciddi şəkildə azaldıb, iqtisadi böhran dərinləşib. Turizm sektorundan asılı olan təxminən 300 min Kuba vətəndaşı böhranın təsirlərini hiss edir.

Turistik avtobuslar və klassik avtomobillər boş qalıb, turistlər isə nəqliyyat və xidmətlərdə çətinliklə üzləşirlər.

Ekspertlər xəbərdarlıq edir ki, Kuba bu il ciddi iqtisadi və turizm böhranı ilə üzləşə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki