"Məni "Ginnesin Rekordlar Kitabı"na salmaq istəyirlər, yoxlayacaqlar"

Müğənni Roza Zərgərli qatıldığı "Uzun sözün qısası" verilişində səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Referans Media -ın məlumatına görə, sənətçi bildirib ki, həyatının ən böyük yerini səhnə tutur və özünü sənətinə həsr edib.

"Səhnə ilə evliyəm. Azərbaycan mədəniyyəti üçün mənim qədər çalışan sənətçi olmayıb", - deyə Roza Zərgərli iddialı fikirlər səsləndirib.

Roza bəzi insanların onu əvvəl qəbul etmədiyini, lakin zamanla münasibətlərinin dəyişdiyini də bildirib.

Müğənni dörd il əvvəl ağır xəstəlik keçirdiyini xatırladaraq həmin günlərin həyatında dönüş nöqtəsi olduğunu deyib. O, xəstəxanada ölüm-dirim savaşı verdiyi vaxt bir çox yaxın insanın əsl simasını gördüyünü və buna görə də bəzi şəxslərlə bütün əlaqələrini kəsdiyini bildirib.

"Mən sizə ana-bacılarınızdan da yaxşı olmuşam", - deyə sənətçi emosional çıxışını tamamlayıb.

Roza Zərgərlinin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və izləyicilər arasında birmənalı qarşılanmayıb./NOCOMMENT.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki