Millimizin ev oyunlarının məkanları açıqlandı

Futbol üzrə Azərbaycan milli komandasının oktyabrda UEFA Millətlər Liqasında keçirəcəyi ev oyunlarının məkanları müəyyənləşib.

Bu barədə Referans Media-ya AFFA-dan məlumat verilib.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda turnirin D Liqası çərçivəsində oktyabrın 1-də Lixtenşteyn yığmasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Oktyabrın 4-də Litva kollektivi ilə qarşılaşma isə Gəncə stadionunda baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki