Əli Laricani İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi vəzifəsinə təyin edilib.
Referans İRNA-ya istinadən xəbər verir ki, bununla bağlı İran Prezidenti Məsud Pezeşkian sərəncam imzalayıb.
Qeyd edək ki, Əli Laricani bundan əvvəl İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneinin müşaviri vəzifəsini tutub.//Globalinfo.az