Prezident Misir Mərdanovla bağlı SƏRƏNCAM İMZALADI

Keçmiş təhsil naziri Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edilib.

Referans Media-ın  məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.


Dövlət başçısının imzaladığı sənəddə deyilir:


"Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Misir Cumail oğlu Mərdanov "Şərəf" ordeni ilə təltif edilsin".


Qeyd edək ki, oktyabrın 3-də Misir Mərdanovun 80 yaşı tamam olur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki