Qalatasarayda Okan Buruk Konyaspor oyunu öncəsi rotasiya hazırlıqları aparır.
Referans Media xəbər verir ki, Okan Burukun bəzi ulduz futbolçuları dincəltməsi və fərqli oyunçulara ilk 11-də şans verməsi gözlənilir. Hazırlıqlar bir günlük istirahətdən sonra yenidən başladı.
Ulduzlar ehtiyatda qalacaq
Məlumata görə, sabahkı Konyaspor qarşılaşmasında Sallai, Sançez, Jakobs və Noa Lang kimi oyunçular ehtiyatda qalacaq. Onların əvəzinə Boey, Singo, Eren və Sane ilk 11-də forma geyinəcək.
İstirahətdən sonra məşqlər başladı
Konyaspor hazırlıqları bir günlük istirahətdən sonra dünən axşam Kemerburgaz Metin Oktay Təlim Mərkəzində keçirilib. Məşq Okan Burukun rəhbərliyi ilə iki qrupda 8-ə 2 və topa sahib olma məşqləri ilə başlayıb, daha sonra isə cüt qapılı oyunla davam edib.
Məşqdən əvvəl kapitan Mauro Ikardinin 33-cü yaş günü tortla qeyd olunub və bütün komanda bir araya gəlib.























