Zaxarovadan Ermənistana təhdid – Nələr dedi?

Ermənistan üzvlük haqqını ödəmədiyinə görə KTMT-nin işçi orqanlarında səsvermə hüququndan məhrum edilə bilər.

Referans Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Zaxarovanın sözlərinə görə, KTMT Nizamnaməsinin 25-ci maddəsində öhdəliklərini yerinə yetirməyən dövlətə qarşı müvafiq tədbirlərin görüləcəyi nəzərdə tutulur.

Xüsusilə, borc iki il davam edərsə, məbləğ tam ödənilənə qədər Ermənistan öz vətəndaşlarını kvota vəzifələrinə namizəd göstərməkdən, eləcə də işçi orqanlarda səs vermək hüququndan məhrum oluna bilər./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki