SON DƏQİQƏ!  Yeni yaradılan bu sənaye parkı hər bir azərbaycanlı üçün FAYDALI OLACAQ

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi və “China Datang Overseas Investment Co.” şirkəti arasında ölkədə “Yaşıl Enerji Sənaye Parkı”nın yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb. Sözügedən memorandum Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.

Sənədi Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Çin şirkətinin baş meneceri Yuanlong Zhou imzalayıb. Parkın əsas məqsədi bərpa olunan enerji və ekoloji texnologiyaların inkişafına töhfə verməkdir. Beləliklə Azərbaycanda “Yaşıl Enerji Sənaye Parkı” yaradılacaq. Bu sənaye parkının ölkəmiz üçün başlıca əhəmiyyəti nədən ibarətdir? Hansı perspektivləri vəd edir?  

Mövzu ilə bağlı energetika məsələləri üzrə ekspert İlham Şaban Referans-a açıqlamasında bildirib ki, imzalanan həmin sənəd anlaşma memorandumu olmasına baxmayaraq kommersiya sazişi yolunda ilk addımdır.  Azərbaycan indiyə qədər yaşıl enerji ilə bağlı xeyli layihələr bağlamışıq. Təbii ki, uzun illərdir ki, bizim ənənəvi enerji sahəsində kiafayət qədər kadr potensialımız və təcrübəmiz var. Amma yaşıl enerji isə tamamilə ölkəmizdən kənarda yaradılan yeni enerji sektorunun növüdür. 

İlham Şaban onu da vurğulayıb ki, Çinlə bağlanan bu memorandum çox əhəmiyyətlidir. Azərbaycan yaxın 5 illikdə yaşıl enerji ilə bağlı ixtisaslı kadrların  yetişdirilməsi və bu sahədə kommersiya imkanlarının qurulması istiqamətində çox yaxşı bir addım atıb. Əgər ölkəmiz bu gələcək 5 illikdə bunu reallaşdıra bilsə, bu post – neft dövrü üçün atılan ən mühüm addımlardan biri kimi enerji tariximizə daxil olacaq.

Bünyamin Bünyadzadə

Referans


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki