image-toyyyyyyyyyyyybackend

Toy etmək istəyənlər oxusun – Bu seçim sizi yanılda bilər

Azərbaycanlı bloger Nəcibə Əhmədinin (Nadjiba) toy mərasimini İtaliyada keçirməsi ilə bağlı paylaşımları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər ölkədə bu tendensiyanın artdığını vurğulayır, gənclərin nikah və toy şənlikləri üçün artıq ölkədən kənara üz tutduqlarını bildirirlər. Qeyd olunur ki, digər məşhurların da əsasını qoyduğu trend cəmiyyətdə sürətlə yayılmağa başlayır.

Cütlüklər nəyə görə toyunu xarici ölkələrdə keçirməyə üstünlük verirlər? Bu seçim yerli xidmətlərə olan etimadsızlıqdan qaynaqlanır, yoxsa başqa səbəblər var?

Referans xəbər verir ki, globalinfo.az-a danışan sosioloq Mail Yaqub bildirib ki, insanlar tarixən fərqlilik, dəb və rəngarənglik axtarışında olublar:

“Xaricdə toy keçirmək bu gün daha prestijli hesab olunur. Bir çox insan məhz bu səbəbdən belə bir yola üz tutur. Halbuki, Bakıda və bölgələrdə fəaliyyət göstərən şadlıq sarayları və restoranların xidmət səviyyəsi heç də aşağı deyil. Hətta bəzi hallarda bu sahədə Azərbaycanda göstərilən xidmət ABŞ, Fransa və ya Türkiyə ilə müqayisədə daha yüksək səviyyədədir. Milli mətbəximiz, adət-ənənələrimiz özümüzə xasdır”.

Ekspert deyib ki, insanlar öz həyatlarını məşhurların yaşam tərzinə uyğunlaşdırmaq istəyirlər:

“Filankəs xaricdə toy etdi” cümləsi onlara cazibədar görünür. Nəticədə isə cütlüklər daha çox vəsait xərcləyir və özlərini maddi çətinliklərə salırlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki