Kəmalə Günəşli toy sahibi ilə SAÇYOLDUYA GİRDİ – Bölməyə APARDILAR

Referansın əldə etdiyi məlumata görə, toyda iştirak edən müğənni Kəmalə Günəşliyə qonaqlar mahnı oxumağı təklif ediblər. O isə səhnədə başqa bir ifaçının olduğunu bildirərək, növbəsini gözləyəcəyini deyib.

Bu cavab toy sahibi Vəfa Mikayılovanı narazı salıb və tərəflər arasında mübahisə yaranıb. İddialara görə, tərəflər bir-birinə qarşı təhqiredici ifadələr işlədib, daha sonra isə dava düşüb. Şahidlərin sözlərinə görə, bakallar havada uçuşub, Vəfa Mikayılova və Kəmalə Günəşli saçyolduya çıxıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hər iki müğənni Sumqayıt Şəhər 4-cü Polis Bölməsinə aparılıb və səhərə yaxın sərbəst buraxılıblar. Məsələ ilə bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki