image-milyarderbackend

Rusiyanın yeni milyarderi kimdir?

Rusiya əczaçılıq sektorunun yeni milyarderi Pyotr Belıdır. O, “Promomed” şirkətinin təsisçisi və əsas səhmdarıdır.

Valyuta.az xəbər verir ki, “Forbes” nəşrinin məlumatına əsasən, Belının sərvəti 1 milyard dollardan artıq qiymətləndirilir. Bu göstərici onu Rusiyada dərman istehsalı sahəsində sərvət qazanan sayca beşinci milyarder edir.

1972-ci ildə anadan olan Pyotr Belı Moskva Dövlət Tibb və Stomatologiya Universitetində təhsil alıb. O, 2005-ci ildə “Promomed” şirkətini təsis edib. Bu şirkət hazırda Rusiyanın əczaçılıq bazarında ən böyük oyunçulardan biridir və 350-dən artıq dərman preparatını əhatə edən portfeli ilə bazarın ilk on seqmentində təmsil olunur.

Şirkətə həmçinin elmi-tədqiqat mərkəzi və “Biokhimik” adlı istehsalat zavodu daxildir. 2024-cü ilin iyulunda “Promomed” Moskva Birjasında ilkin səhmlərin yerləşdirilməsini (IPO) həyata keçirib. Şirkətin səhmləri iyunun 9-da keçirilən sessiyada bir səhm üçün 420,85 rubl dəyərində qiymətləndirilib və bu da Pyotr Belının ümumi payını 78,4 milyard rubl (təxminən 995 milyon dollar) dəyərində göstərib.

Qeyd edək ki, ondan əvvəl əczaçılıq sahəsində milyarder olan digər rusiyalılar arasında Viktor Xaritonin, Yeqor Kulkov, Aleksey Repik, Vikram Puniya, Vadim Yakunin və Eduard Netılko kimi adlar var.

Pyotr Belı bu siyahıya qoşularaq təkcə farmasevtika sahəsində deyil, həm də Rusiyanın yeni iqtisadi elitası arasında öz yerini tutmuşdur


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki