Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, hörmətli Rafiq Cəlilova ağır itki üz verib.
Referansın əldə etdiyi məlumata görə, icra başçısının anası vəfat edib.
Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2006-cı il tarixli Sərəncamı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilib.
O, prezidentin növbəti – 10 iyul 2009-cu il tarixli Sərəncamı ilə isə Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilib.
R. Cəlilov Prezident İlham Əliyevin 13 may 2020-ci ildə imzaladığı Sərəncama əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib və bu günə qədər də bu vəzifəni icra edib.
14 sentyabr 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.