image-telebeeeeebackend

Bu ixtisaslarda oxuyanların NƏZƏRİNƏ – “Part-time” təhsilə cəlb oluna BİLƏRLƏR

Son illərdə ali təhsildə yeni yanaşmalar gündəmə gəlməkdədir. Ən son tətbiq olunan yeniliklərdən biri həm əyani, həm də qiyabi təhsil elementlərini birləşdirən “Part-time” – tədrisə qismən cəlb olunma modelidir. Bu sistem tələbələrə daha çevik və fərdi yanaşma əsasında təhsil almaq imkanı verir. Artıq bəzi ali məktəblərdə tətbiqinə başlanan bu formatın perspektivdə daha geniş ixtisaslara şamil olunacağı gözlənilir.

Bəs part-time təhsil modeli hansı sahələr üçün daha uyğundur? Perspektivdə hansı ixtisaslarda tətbiq edilə bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil məsələləri üzrə ekspert Səbuhi Abdullayev bildirib ki, təhsildə bir neçə yeni modelinin tətbiq olunması üçün təkliflər irəli sürülür.

“Bunlardan biri də distant təhsillə bağlıdır. Eyni zamanda part-time və təhsilin müddətinin daha aşağı salınması yönündə də təkliflər səsləndirilir. Part-time təhsil növü praktiki, tətbiqi sahələrə daha çox uyğun gələ bilər. Məsələn 3 gün tədris, 2 gün təcrübəyə daxil olarsa, tətbiq etmək mümkündür.

Tikinti, istehsalat, mühəndislik sahələrində həyata keçirilə bilər. Həmçinin bunu müəllimlik ixtisasına da aid etmək olar. Bu, tətbiq edilərsə, müəllimlər kifayət qədər püxtələşmiş bir formada fəaliyyət göstərə bilərlər. Düşünürəm ki, daha çox təcrübə yönümlü sahələrdə olması daha məqsədəuyğundur. Çünki nəzəri hissə praktiki sahədə daha çox mənimsənilir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki