“Real Madrid”in yeni məşqçilər heyəti Arda Gülerin heyətdəki mövqeyi barədə razılığa gəliblər.
Referans xəbər verir ki, keçmiş məşqçi Karlo Ançelottinin rəhbərliyi altında müxtəlif mövqelərdə oynayan Arda, yeni məşqçi Xabi Alonsonun rəhbərliyi altında yarımmüdafiəçi mövqeyində oynayacaq. Bildirilir ki, Alonso Luka Modriçin oyun qurucu və oyunun intensivliyini müəyyən edən vəzifəsini Ardaya verəcək.
Məlumata görə, Alonso “Real”da “Bayer Leverkuzen”də tətbiq etdiyi 3-4-2-1 sxemini tətbiq edəcək və Arda Gülerə 10 nömrəli mövqeni verəcək. Arda bu mövqedə daha uğurlu oynadığını nümayiş etdirmişdi.