image-berkan-kutlu-milli-gedirbackend

“Trabzonspor” matçının qəhrəmanı üçün böyük tələb: Berkan Kutlu milliyə gedir?

“Konyaspor” baş məşqçisi İlhan Palut, Super Liqada “Trabzonspor” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra diqqətçəkən açıqlamalar verib.

Referans Media xəbər verir ki, təcrübəli mütəxəssis xüsusilə matçda iki qol vuran Berkan Kutlunun performansını yüksək qiymətləndirərək onun milli komandaya dəvət olunmağa layiq olduğunu bildirib.

Palut bildirib ki, komanda matça yorğun vəziyyətdə hazırlaşıb: “Həftə içi kubok oyunları keçirdik, bu da futbolçulara ciddi yük verdi. Buna baxmayaraq, yaxşı oynadıq və qalib gəldik.”

Oyunun gedişinə toxunan məşqçi ilk hissədə üstün olduqlarını, ikinci hissədə isə rəqibin daha fəal çıxış etdiyini qeyd edib.

Berkan Kutlunun çıxışını xüsusi vurğulayan Palut onun üçün milli komanda qapılarının açıq olmalı olduğunu deyib: “Berkan Kutlu inanılmaz oynayır! Ümid edirəm ki, Dünya Çempionatı heyətində yer ala bilər. Ən azı bir futbolçumuz milli komandaya layiqdir.”

Palut əlavə edib ki, Vinçenzo Montellaya birbaşa göstəriş vermək fikrində deyil, lakin futbolçusunun performansının diqqətdən kənarda qalmamalı olduğunu düşünür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki