image-ufcbackend

UFC Bakunun biletləri satışda: Dodaquçurdan qiymətlər

Azərbaycan ilk dəfə dünyaca məşhur döyüş turniri UFC Fight Nighta ev sahibliyi edəcək.

Tarixi tədbir bu il iyunun 21-də Bakı Kristal Zalında keçiriləcək. Artıq biletlər satışa çıxarılıb. Qiymətlər 100 AZN-dən başlayır və sektora uyğun olaraq 1400 AZN-ə qədər yüksəlir.

Biletləri iticket.az platforması vasitəsilə onlayn əldə etmək mümkündür. Təşkilatçılar tərəfindən təqdim olunan oturacaq planına əsasən, zal müxtəlif sektorlara bölünüb və hər sektor üçün fərqli qiymət kateqoriyaları təyin edilib.

Tədbir UFC, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqasının birgə əməkdaşlığı ilə həyata keçiriləcək.

Xatırladaq ki, bu möhtəşəm gecədə azərbaycanlı UFC döyüşçüləri də oktaqona çıxacaq.
•Nazim Sadıxov braziliyalı Nikolas Motta ilə döyüşəcək.
•Rafael Fiziyev isə çilili İqnasio Bahomendeslə qarşılaşacaq.

Tofiq Musayevin bu tədbirdə debüt edib-etməyəcəyi hələ dəqiqləşməyib./Offsideplus.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki