Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "AK" Parti TBMM Qrup Toplantısından sonra jurnalistlərin suallarını cavablandırarkən diqqət çəkən dialoq yaşanıb.
Referans Media xəbər verir ki, bir jurnalist Ərdoğana müraciət edərək onun çıxışının emosional olduğunu bildirərək bunun “vida çıxışı və seçkiyə hazırlıq nitqi kimi göründüyünü” deyib.
Buna cavab olaraq Prezident Ərdoğan qısa reaksiya verib: “Səncə elədir?”
Jurnalist isə Ərdoğanın sualına cavabında çıxışın “vida deyil, daha çox bir başlanğıc nitqi” olduğunu bildirib.
Eyni görüşdə Ərdoğan “Bayramda İstanbulda olacaqsınızmı?” sualına isə “Hələ bəlli deyil, yoldaşım nə desə” cavabını verib.
Müzakirələr sosial mediada da geniş rezonans doğurub və bu dialoq siyasət gündəminin diqqət mərkəzinə çevrilib.
