image-zumrudbackend

Zümrüd Ağayeva UEFA-dan təyinat aldı

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan təyinat alıb.

Referans Media xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

O, qadınlar arasında UEFA Avropa Kubokunun 1/4 final mərhələsinin “Austriya” (Avstriya) – “Sparta” (Çexiya) cavab matçının UEFA nümayəndəsi olacaq.

Qarşılaşma fevralın 18-də Vyana şəhərində yerləşən “Franz-Horr” stadionunda baş tutacaq. Komandalar arasında Çexiyada keçirilən ilk oyun qolsuz başa çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki