SON DƏQİQƏ: Maskalılar Köçəryanın ofisinə basqın etdi

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan Alyansı” partiyasının Spitak şəhərində yerləşən ofisində hüquq-mühafizə orqanları tərəfindən yoxlamalar aparılıb.

Referans Media  xəbər verir ki, bu barədə “Factor TV” məlumat yayıb.

Partiyanın bəzi funksionerlərinin saxlanıldığı qeyd olunur.

Ermənistan Antikorrupsiya Komitəsi isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki