AFFA Gülənbər Qasımovanı istefaya göndərdi

AFFA 15 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Gülənbər Qasımova ilə müqaviləyə xitam verib.

Bu barədə qurumun mətbuat xidmətindən bildirilib.

Tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırıblar.

G.Qasımova U-19 millisində köməkçi məşqçi kimi fəaliyyətini davam etdirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki