Ağdam-Xankəndi dəmir yolunda tikintinin təxminən 43 %-i tamamlanıb

Ağdam-Xankəndi dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 86,5 %-i, tikinti-quraşdırma işlərinin 42,6 %-i yerinə yetirilib.

Bu barədə Referans Media-ya  “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 30,8 kilometr təşkil edir.

Layihə çərçivəsində 3 stansiya (Əsgəran və Xocalı stansiyaları, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi) və 124 ədəd mühəndis qurğusunun inşası nəzərdə tutulur. Bu 3 stansiya bu xətt ən müasir standartlar əsasında ölkədaxili nəqliyyat mobilliyini gücləndirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki