Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası növbəti prezident seçkilərində ölkə başçısı Rəcəb Tayyib Ərdoğanı yenidən namizəd kimi irəli sürəcəyini açıqlayıb.
Referans Media xəbər verir ki, bunu partiyanın sözçüsü Ömər Çelik deyib.
O bildirib ki, Ərdoğanın namizədliyi partiya daxilində tam dəstək qazanıb:
“Partiyamız üçün qarşıdakı prezident seçkilərinin namizədi cənab Rəcəb Tayyib Ərdoğandır. Partiyanın bütün strukturları bu mövqeyi qətiyyətlə dəstəkləyir”, – deyə Çelik vurğulayıb.
Bundan əvvəl Türkiyə Prezidentinin baş müşaviri və Prezident Administrasiyası yanında Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Uçum prezident və parlament seçkilərinin 2028-ci il aprelin 16-da keçirilə biləcəyini açıqlayıb bildirmişdi.
Rəcəb Tayyib Ərdoğan isə daha əvvəl növbəti prezident seçkilərinin planlaşdırıldığı kimi 2028-ci ilin may ayında keçiriləcəyini bəyan edib.
