Argentina – Avstriya qarşılaşması başa çatdı, Messi tarixə düşdü

Argentina-Avstriya matçı 2:0 hesabı ilə başa çatıb. 

Referans Media xəbər verir ki, Argentina qarşılaşmadan qalib kimi ayrılıb.

***

Argentina-Avstriya qarşılaşmasının son dəqiqələrində (90+5) Messi ikinci qolu vurub. 

Referans Media xəbər verir ki, bununla da Argentina top fərqini 2-yə qaldırıb.

Qeyd edək ki, bu qol ilə Messi dünya çempionatları tarixində 18-ci qolunu vurub.

***

Argentina-Avstriya matçında hesab açılıb. 

Referans Media xəbər verir ki, daha əvvəl 3 dəfə qol şansını itirən Lionel Messi 39-cu dəqiqədə hesabı aça bilib.

Argentina 1 – 0 Avstriya

***

Futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci tur oyunlarında Argentina Avstriya yığması ilə qarşılaşır. 

Referans Media xəbər verir ki, qarşılaşma ABŞ-ın Texas ştatının Arlinqton şəhərində yerləşən AT&T stadionunda keçirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki