Qara dənizdə yük gəmisinə hücum: Türkiyə vətəndaşları yaralandı

İyunun 22-də Qara dənizdə yük gəmisinə hücum nəticəsində iki Türkiyə vətəndaşı yaralanıb.

Referans Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, hadisə Ukraynanın Çernomorsk limanı sahillərində baş verib.

Qeyd olunub ki, pilotsuz uçuş aparatı tərəfindən hücuma məruz qalan Türkiyəyə məxsus, Panama bayrağı altında üzən gəminin heyət üzvləri olan Türkiyə vətəndaşlarının vəziyyəti Türkiyənin Kiyevdəki səfirliyi və Odessadakı Baş Konsulluq tərəfindən yaxından nəzarətə götürülüb:

"Qara dənizdə maraqlarımızı və regional təhlükəsizliyimizi təhdid edən bu hücumlarla bağlı narahatlığımızı hər iki ölkənin hakimiyyət orqanlarına bildiririk. Qara dənizdə mülki gəmilərin naviqasiya təhlükəsizliyinin təmin edilməsi ölkəmizin əsas prioritetlərindən biridir və bütün müvafiq tərəfləri regionda gərginliyi azaltmaq üçün tədbirlər görməyə çağırırıq", - məlumatda qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki