image-araz-naxcivanbackend

“Araz-Naxçıvan” aparıcı oyunçusu ilə anlaşa bilmədi

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Araz-Naxçıvan”da ayrılıq yaşanıb. 

Referans xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İlk növbədə yerli oyunçularla müqavilələri yeniləməyə çalışan Naxçıvan təmsilçisi Vadim Abdullayevlə anlaşa bilməyib. Onunla müddəti başa çatan müqavilə yenilənməyib.

“Araz-Naxçıvan” rəhbərliyi futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki