“Araz-Naxçıvan”dan ikinci qol – YENİLƏNİR

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

22:27

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində “Aris” (Yunanıstan) – “Araz-Naxçıvan” matçında hesab açılıb.

Referans xəbər verir ki, Naxçıvan klubunun heyətində Çarles Boli 11-ci dəqiqədə fərqlənib.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

22:14

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində “Aris” (Yunanıstan) – “Araz-Naxçıvan” matçına start verilib.

Referans xəbər verir ki, matç Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

Qarşılaşmanı şotlandiyalı referi Devid Dikinson idarə edir. Tərəflər arasında ilk görüşdə Naxçıvan təmsilçisi 2:1 hesablı qələbə qazanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki