Arda Gülər start heyətində başladı, Madrid Talaveranı üstələdi

İspaniya Kral Kubokunun son 32-ci turunda “Real Madrid” üçüncü divizion təmsilçisi CF Talavera komandasını səfərdə 3-2 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazandı.

İspaniya Kral Kubokunun son 1/32 turunda üçüncü divizion komandası CF Talavera ilə Real Madrid qarşılaşıb .

“El Prado” stadionunda keçirilən matçda “Real Madrid” rəqibini səfərdə 3-2 hesabı ilə məğlub edərək kubokun 1/8 finalına vəsiqə qazanıb.

Karyerasını Madrid komandasında davam etdirən Türkiyə milli futbolçusu Arda Gülər ​​matça ilk 11-likdə start heyətində başladı və 78 dəqiqə meydanda qaldıqdan sonra Aurelien Tchoumeni ilə əvəzləndi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki