Fevral ayındayıq və Arda Güler ötən mövsümdə topladığı ümumi oyun müddətini keçməyə cəmi 1 dəqiqə uzaqdadır. Bu, onun inkişafının ən bariz göstəricisidir.
Referans Media xəbər verir ki, ötən mövsüm 49 oyunda 2.197 dəqiqə meydanda olan Arda, bu mövsüm isə cəmi 35 matçda 2.196 dəqiqəyə çatıb. Yəni daha az oyunda daha çox məsuliyyət və daha böyük rol.
Artıq o, sadəcə perspektiv vəd edən futbolçu deyil – komandanın “bu günü”dür.
Álvaro Arbeloa dönəmi: əsas fiqura çevrilən Arda
Arbeloa-nın rəhbərliyi altında Arda tamamilə fərqli mərhələyə qədəm qoyub: Çıxdığı 7 oyunun 6-da əsas heyətdə yer alıb. Albacete qarşısında start heyətində olub. Levante matçında sonradan daxil olaraq oyunun taleyini dəyişib – asist edib, ən yüksək ötürmə dəqiqliyinə sahib olub və ən çox təhlükəli epizod yaradan oyunçu seçilib. Daha sonra Monaco, Villarreal, Benfica, Rayo Vallecano və Valensiya ilə qarşılaşmalarda ardıcıl 5 dəfə start heyətində yer alıb. Bəzən oyunun mərkəzində dirijor kimi, bəzən cinahda yaradıcı güc kimi çıxış edib – amma hər zaman meydanda olub.
Oyun qurucusu ola bilərmi?
Real Madrid üçün əsas sual budur: Arda komandanın əsas oyun qurucusuna çevrilə bilərmi?
Xabi Alonso onu vaxtilə “Özil və Guti qarışığı” adlandırmış və “ona investisiya edilməlidir” demişdi. Bu isə sadəcə oynatmaq deyil – səhv edəndə belə arxasında dayanmaq deməkdir. Arbeloa da eyni yanaşmanı tətbiq edir: Ardanı komandanın sükanı arxasında görür.
Daha komple futbolçu
Valensiya ilə Mestalla stadionundakı oyunda statistikası bunu sübut etdi:
9 orta ilə ən çox orta edən futbolçu Cərimə meydançası ətrafında 22 ötürmə ilə ikinci ən fəal oyunçu 8 top qazanaraq topsuz oyunda da fərq yaratdı 20 yaşında olan Arda (25 fevralda 21 yaşı tamam olacaq) hər keçən gün daha yetkin və daha universal futbolçuya çevrilir. Texniki heyət onun gələcəyinə inanır, məsuliyyət verir və səhv etməsinə imkan yaradır. Kənardakı söz-söhbətlərə baxmayaraq, Arda Real Madriddə xoşbəxtdir və böyüdüyünü hiss edir. İndi isə öz rekordunu yeniləməsinə cəmi 1 dəqiqə qalır.
