Türkiyəli istedadlı futbolçu Arda Gülerin baş rolda olduğu bir video sosial şəbəkələrdə rekord baxış toplayır. Futbolsevərlər bu əyləncəli anı danışmadan keçə bilmir.
Referans Media xəbər verir ki, görüntülərdə Arda Güler Monakolu futbolçudan topu alır, yerdə uzanarkən pası Vinicius Juniora ötürür və öz yerində, çimlərin üzərində oturub qalır.
Aydındır ki, o, Viniciusun bu fürsəti qola çevirəcəyinə tam əmin idi – və haqlı çıxdı. Bir neçə saniyə sonra Vini Real Madrid-i 5-0 önə keçirən qolu vurdu.
Bernabeu stadionunda həmin möhtəşəm qolu izləmək üçün ən yaxşı “oturacağın” Arda Gülerin olduğu deyilir.






















