"Kim Milyonçu Olmaq İstəyir" proqramında bu dəfə futbolsevərləri maraqlandıran sual diqqət çəkib.
Referans Media xəbər verir ki, 200 min lirə dəyərində verilən sual Arda Gülerin "Real Madrid" forması ilə vurduğu məşhur qolla bağlı olub.
Xatırladaq ki, Arda Güler 2026-cı ilin mart ayında "Elçe" ilə keçirilən La Liqa oyununda möhtəşəm qola imza atmışdı.
Milli futbolçu öz meydançasından vurduğu uzaqməsafəli zərbə ilə topu rəqib qapısından keçirmiş və böyük rezonans yaratmışdı.
Yarışmada iştirakçıya belə sual ünvanlanıb:
“Arda Güler 2026-cı ilin martında "Real Madrid" forması ilə "Elçe" qapısına təxminən neçə metrdən qol vurub?”
Lakin iştirakçı düzgün cavabı tapa bilməyərək yarışmadan çəkilmək qərarı verib.
Məlumata görə, La Liga tərəfindən həmin qolun məsafəsi rəsmi olaraq 68,6 metr ölçülüb.
Bu qol liqa tarixinin ən uzaq məsafədən vurulan qollarından biri kimi qeydə alınıb.
