Avropa çempionatı: Azərbaycan millisi İtaliyanı məğlub edərək növbəti mərhələyə yüksəldi – FOTO

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.

Referans Media "Report.az"a istinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ikinci oyununda İtaliya seçməsini məğlub etməklə buna nail olub.
 

"Tipos Arena"dakı qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib - 3:0. Qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurublar.


Beləliklə, Azərbaycan millisi pley-offa yüksəlib.

Qrupun digər qarşılaşmasında Fransa Avstriyanı üstələyib -3:1.

Xatırladaq ki, ötən gün Avstriyaya minimal hesabla (1:0) qalib gələn komandamız mayın 30-da Fransa ilə qarşılaşacaq. Azərbaycan millisi hazırda F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncüdür. Hər iki görüşdə uduzan Avstriya dördüncü sıradadır.










  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki