“Motor” (Lyublin) Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla yollarını ayırıb.
Referans Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Dadaşovun iyunda başa çatan müqaviləsi yenilənməyəcək.
Azərbaycan millisinin üzvü ötən ilin yayından “Motor”un formasını geyinirdi.
26 yaşlı hücumçu Polşa təmsilçisinin heyətində ümumilikdə 22 oyunda meydana çıxıb və qol vura bilməyib. (Sportinfo.az)
