image-qarabag-nubackend

Azarkeşlər hazır olun! Tarixi matç bu kanalda yayımlanacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ“ – “Nyukasl Yunayted” qarşılaşmasının vaxtı və yayım kanalı açıqlanıb.

Referans Media xəbər verir ki, matç 18 fevral 2026-cı il tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Azərbaycan azarkeşləri bu maraqlı oyunu İctimai Televiziya (İTV) vasitəsilə canlı izləyə biləcəklər.

Qarşılaşmanın şərhçisinin kim olacağı ilə bağlı hələlik rəsmi məlumat verilməyib. Adətən İTV UEFA Çempionlar Liqası oyunlarının şərhçilərini matç günü elan edir.

Qeyd edək ki, “Qarabağ“ tarixində ilk dəfə İngiltərənin “Nyukasl Yunayted“ klubu ilə rəsmi oyunda üz-üzə gələcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki