Azərbaycan-Belarus matçını o idarə edəcəkbackend

Azərbaycan-Belarus matçını o idarə edəcək

  İyunun 25-dən iyulun 2-dək Minskdə təlim-məşq toplanışında olacaq qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının yeri, başlama vaxtı və hakimləri müəyyənləşib.

Referans xəbər verir ki, iyunun 28-də Jodinodakı “Torpedo” stadionunda baş tutacaq ilk görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

İyulun 1-dəki qarşılaşma isə Bakı vaxtı ilə saat 17:00-da Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.

Hər iki matçı rusiyalı Vera Opeykina idarə edəcək. Ona həmyerliləri Yekaterina Kuroçkina və İrina Çeçenina kömək göstərəcəklər. Ehtiyat hakim funksiyasını isə belaruslu Volqa Blotskaya yerinə yetirəcək.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki