Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 12,69 ABŞ dolları və ya 12,32 % azalaraq 90,34 ABŞ dolları təşkil edib.
Referans Media xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 87,94 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.























