Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidməti yeni avtomobillərin alınması üçün tender elan edib.
Referans-ın məlumatına görə, qurum ümumilikdə 1 milyon 973 min 988 manat dəyərində “sərnişin-yük avtomobilləri” – yəni pikap tipli maşınlar almağı planlaşdırır.
Pikaplar tam təchizatlı, sürücü və sərnişin üçün hava yastıqları, kondisioner, duman əleyhinə faralar, arxa qoşqu üçün çıxış və digər rahatlıq və təhlükəsizlik funksiyaları ilə təmin olunmalıdır.