image-market-alisveris-enflasyon-depo-photos-2161465backend

Azərbaycanda yeni qadağa GƏLİR: bunu edənləri ağır cərimələr gözləyir

Azərbaycanda heyvandarlıq sahəsində erkən kəsim problemi yenidən gündəmə gəlib. Mütəxəssislər və rəsmi şəxslər bildirirlər ki, xüsusilə azyaşlı heyvanların kütləvi şəkildə kəsilməsi həm bazarda ət qiymətlərinə, həm də sahənin uzunmüddətli inkişafına mənfi təsir göstərir.

Referans Media-ya açıqlama verən Deputat Tahir Rzayev bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu istiqamətdə image-tahir_rzayev_-_komit_sdrijpg-1700498353müxtəlif tədbirlər və maarifləndirici aksiyalar keçirilir. Onun sözlərinə görə, əsas məqsəd insanları məlumatlandırmaqdır ki, erkən kəsim heyvandarlığa ciddi ziyan vurur.

Deputat qeyd edib ki, son illər ölkədə iri və xırda buynuzlu mal-qaranın sayında azalma müşahidə olunur: “Təxminən 3 milyona yaxın xırda buynuzlu, 1 milyona yaxın isə iri buynuzlu mal-qara azalıb. Bu, gələcək inkişaf üçün müəyyən qədər narahatedici tendensiyadır. Lakin iri heyvandarlıq komplekslərinin yaradılması, ölkəyə ətlik və südlük heyvanların gətirilməsi hesabına ət və süd məhsullarının həcmi kompensasiya olunur”.

T. Rzayev vurğulayıb ki, erkən kəsim gələcək üçün təhlükə yaradır: “Bu, yerli heyvanların cinsinin qorunması baxımından problemlər yaradır, bazarda bahalaşmaya səbəb olur. Eyni zamanda, insanların sağlamlığı üçün də o qədər faydalı deyil. İki-üç aylıq quzuların kəsilməsi ciddi ziyan verir. Elmi baxımdan sübut olunub ki, həm iri, həm də xırda buynuzlu heyvanlar müəyyən yaş həddində kəsilməlidir ki, ət formalaşsın. Bu həm qida keyfiyyəti, həm də heyvandarlığın inkişafı üçün vacibdir”.

Deputatın sözlərinə görə, xırda buynuzlu heyvanların ən azı 7-9 aylığında, iri buynuzlu heyvanların isə təxminən 1-1,5 yaşında kəsilməsi daha məqsədəuyğundur: “Bu qaydalar bir çox ölkələrdə tətbiq olunur. Bəzi mütəxəssislər bunun əleyhinə olsa da, bir sıra ölkələrdə yaş həddi və məhdudiyyətlər mövcuddur”.

O əlavə edib ki, erkən kəsim kütləvi hal alıb və bu, ciddi problemlərə səbəb olur: “Bu gün bazara çıxarılan yüz minlərlə xırda buynuzlu heyvanın əvəzlənməsi çətinləşir, doğum prosesində problemlər yaranır, yerli cinslərin inkişafı zəifləyir. Əvvəllər belə hallar yox idi, kiçik heyvanların kəsilməsi günah sayılırdı. İndi isə 7-10 kiloqramlıq quzular kütləvi şəkildə kəsilir və sonra bahalaşmadan şikayət olunur”.

T. Rzayev bildirib ki, Azərbaycanda ət məhsullarına tələbat yüksəkdir və bu sahədə israfçılıqla yanaşı, düzgün olmayan kəsim praktikası heyvandarlığa ciddi zərər vurur: “Bu səbəbdən belə maarifləndirici aksiyaların keçirilməsini müsbət qiymətləndirirəm. Dəfələrlə Milli Məclisdə və televiziya çıxışlarımda da bu məsələni qaldırmışam. İnsanlar və fermerlər düşünməlidir ki, erkən kəsim həm onların özünə, həm də ümumilikdə sahəyə ziyan vurur”.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki