Azərbaycanlı hərbçi Ukraynda həlak oldu

Ukraynada gedən döyüşlərdə azərbaycanlı hərbçi həyatını itirib.

Referans Media Oxu.az-a istinada xəbər verir ki, uzun müddətdir Ukraynanın Jovti Vodı şəhərində yaşayan Zaur Bəhram oğlu Həbibov döyüşlər zamanı həlak olub.

Məlumata görə, Zaur Həbibov 2014-cü ildən etibarən Ukraynanın müdafiəsində iştirak edib. 2022-ci ilin fevralında başlayan genişmiqyaslı müharibədən sonra isə həmin ilin iyununda yenidən hərbi xidmətə qayıdaraq döyüş tapşırıqlarını yerinə yetirib.

Z.Həbibov sentyabrın 10-da Donetsk vilayətinin Drujkovka şəhəri yaxınlığında döyüş tapşırığı zamanı itkin düşüb.

Bir neçə gün əvvəl onun döyüşlərdə həlak olması rəsmi şəkildə təsdiqlənib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki