image-dblp8mx-imgurbackend

Azərbaycanlı istedad Bundesliqada: Zeyd Nəsirulla ‘Bavariya’ya qarşı!

Zeyd Nəsirulla bu gün U19 Bundesliqada Almaniyanın ən güclü akademiyalarından birinə qarşı – FC Bayern München U19 komandası ilə oyunda meydana çıxıb. Berliner Athletik Klub U19-un heyətində çıxış edən Zeyd yüksək tempdə keçən qarşılaşmada əzmkarlığı və mübariz ruhu ilə diqqət çəkib.

Referans Media xəbər verir ki ,Oyun boyunca sürətli ötürmələr, taktiki intizam və fiziki mübarizə ön planda olub. Zeyd meydanda həm müdafiədə, həm də hücum quruculuğunda fəallıq göstərərək komandasına dəstək verib. “Bavariya” kimi güclü rəqibə qarşı oynamaq onun üçün böyük təcrübə və inkişaf baxımından önəmli mərhələdir.

Qarşılaşmadan hazırlanmış video Zeydin oyundakı aktivliyini, mübarizəsini və əsas epizodlarını əks etdirir. Bu matç gənc futbolçu üçün həm sınaq, həm də özünü göstərmək baxımından dəyərli bir addım oldu.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki