Xəzər rayonu, Mərdəkan qəsəbəsində bir nəfər dənizdə batıb.
Referans Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1990-cı il təvəllüdlü Məmmədli Məqsəd Əlisahib oğlunun meyiti aşkarlanıb.
Məlumata görə, Məmmədli Məqsəd Azərbaycan Televiziyasında İnformasiya Proqramları studiyasının prodüseri vəzifəsində çalışıb.
