Bakıya uçan təyyarə təcili eniş etdi

Rusiyanın “UTair” aviaşirkətinin Tümendən Bakıya uçan sərnişin təyyarəsi texniki səbəbdən uçuş marşrutunu dəyişərək Ufada məcburi eniş edib.

Referans Media xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Məlumata görə, təyyarə avqustun 12-də yerli vaxtla saat 21:15-də (Bakı vaxtı ilə 20:15) “Ufa” beynəlxalq hava limanına enib.

Təyyarənin enişi normal şəraitdə baş tutub./Publika.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki