Bakı-Tbilisi-Qars layihəsində əməkdaşlıq… – Hakan Fidanbackend

Bakı-Tbilisi-Qars layihəsində əməkdaşlıq… – Hakan Fidan

  Bakı-Tiflis-Qars dəmir yolu layihəsi ilə bağlı daha çox əməkdaşlıq etməklə səmərəliliyi artıracağıq.

Referans Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbul Konqres Mərkəzində təşkil olunan “Qlobal nəqliyyat dəhlizləri” Forumunda çıxışında deyib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsi və artan geosiyasi risklər qarşısında Orta Dəhlizin əhəmiyyəti daha da artıb:

“Bu xətt iqtisadi inkişaf və ticarətin şaxələndirilməsi üçün imkanlar yaradır”.

Nazirin sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolu bu marşrutun mühüm tərkib hissəsidir.

Diplomat əlavə edib ki, Bakı-Tiflis-Qars dəmir yolunun Orta Dəhlizin mühüm komponentinə çevrilməsi Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı nümunəvi üçtərəfli əməkdaşlığın nəticəsidir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki