Bakıda şok kadrlar: elə yerdə “drift” etdilər ki... - VİDEO

Bakının Nəsimi rayonunda yerləşən özəl avtoparkinqlərdən birinin binası üzərində bir neçə avtomobilin “drift” etdiyi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Referans Media-nın məlumatına görə, kadrlar paytaxtın çəkilib. parkinqin sonuncu mərtəbəsi bir qrup sürücü tərəfindən qısa müddətdə tüstü və təkər səslərinin hakim olduğu məkana çevrilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə bir neçə avtomobilin dairəvi və təhlükəli manevrlər etdiyi əks olunub.

Sürücülərin təhlükəli hərəkət etdiyi avto-parkinqə getdik. Parkinqdə həmin sürücülərin ''drift'' etməsinin kim tərəfindən icazə verildiyini öyrənmək istədik. Amma avto-parkinqdə sualımıza cavab tapa bilmədik.

 Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsindən ''Xəzər Xəbər''ə bildirildi ki, yayımlanan görüntülərdə əks olunan hadisə iyunun 5-də parkinq təyinatlı obyektin sonuncu mərtəbəsində rəsmi icazə olmadan avtomobillərlə test yürüşlərinin təşkili ilə bağlı olub. Keçirilən tədbirlərlə yürüşdə iştirak edən 3 nəfər polis şöbəsinə gətirilib, onların idarə etdikləri avtomobillər isə duracağa yerləşdirilib.

Daha ətraflı videomaterialı təqdim edirik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki