2026-cı ildə Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının tarixi açıqlanıb.
Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullunun Teleqraf-a verdiyi məlumata görə, mötəbər yarış gələn il 9 – 16 iyulda Milli Gimnastika Arenasında keçiriləcək.
Fərdi yarışlar 9–15 iyulda, qarışıq komanda yarışı isə 16 iyulda təşkil olunacaq.
Rəsullu dünya çempionatı ilə əlaqədar gələn il Bakıda Böyük Dəbilqənin keçirilməyəcəyini də əlavə edib: “Digər tərəfdən, Böyük Dəbilqə 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarına lisenziya xalı verməyəcək. Dünya çempionatı isə xal verəcək”.
Qeyd edək ki, Bakı dünya çempionatına ikinci dəfə ev sahibliyi edəcək. Bununla əlaqədar Beynəlxalq Cüdo Federasiyasının bayrağı bu gün təntənəli surətdə Azərbaycana təqdim olunub. Azərbaycana təqdim olunub. Bakıda ilk dəfə cüdo üzrə dünya çempionatı 2018-ci ildə baş tutmuşdu.