image-barcelona-nin-eski-yildizi-iran-da-cikan-19614807_6259_ampbackend

“Barselona”nın sabiq ulduzu İrandan qaçdı – Munir Türkiyəyə gəldi

Karyerasını İran çempionatında “Esteghlal FC” klubunda davam etdirən “Barselona”nın sabiq futbolçusu Munir El Haddadi, ölkədə baş verən şiddətli toqquşmalardan sonra İranı tərk edib.

Referans Media xəbər verir ki, 30 yaşlı mərakeşli hücumçu bildirib ki, əvvəlcə ölkəni təyyarə ilə tərk etməyi planlaşdırıb. Lakin hava məkanındakı məhdudiyyətlər səbəbindən bu mümkün olmayıb.

Futbolçunun sözlərinə görə, klub rəhbərliyi ona avtomobil təmin edib və o, quru yol ilə sərhədi keçərək Türkiyəyə gəlib. Hazırda təhlükəsiz şəkildə Türkiyədə olduğunu açıqlayan Munir yaxın saatlarda İspaniyaya yollanmağı planlaşdırdığını bildirib.

Munir paylaşımında ona narahatlıq mesajları göndərən hər kəsə təşəkkür edib və vəziyyətinin yaxşı olduğunu vurğulayıb.

Karyerasına “Barselona”da başlayan Munir El Haddadi Kataloniya klubunun heyətində 3 dəfə La Liqa, 1 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.

Bu mövsüm İran çempionatında 26 oyuna çıxan hücumçu 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bölgədəki hərbi gərginlik fonunda xarici idmançıların ölkəni tərk etməsi diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki