Bərdədə pendir sexində partlayış olub, ÖLƏN VAR

Bərdədə pendir sexində partlayış baş verib.

Referans-ın əldə etdiyi məlumata görə, hadisə sexin qazanxanasında qeydə alınıb.

Partlayış nəticəsində nəzarətçi, 1960-cı il təvəllüdlü Teyyub Yusubov dünyasını dəyişib.

Hadisəyə qaz sızmasının səbəb olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki