image-ersin-destanoglubackend

Beşiktaş qapıçı ilə bağlı qərarını verdi

Beşiktaş rəhbərliyi qapıçı mövqeyində əcnəbi futbolçuya yönəlmədən, Ersin Destanoğlu ətrafında yerli və davamlı bir struktur qurmağı hədəfləyir.

Referans Media xəbər verir ki, “ağ-qaralar” əcnəbi qapıçı seçimindən imtina edərək yerli futbolçular üzərində qurulan dayanıqlı onurğa formalaşdırmaq mövzusunda qəti mövqedədir. Ersin Destanoğlu mərkəzli modelin, düzgün planlama ilə Beşiktaşa uzun illər xidmət göstərə biləcək ciddi potensiala malik olduğu vurğulanır.

Beşiktaşda qapıçı mövqeyi yalnız oyun baxımından deyil, eyni zamanda klubun davamlılıq strategiyasının əsas dayaqlarından biri kimi qiymətləndirilir. Klub rəhbərliyi bu mövqedə sabitliyin qorunmasını uzunmüddətli uğurun açar elementlərindən biri hesab edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki