"Bitcoin" kəskin ucuzlaşdı

Kriptovalyuta birjasında baş tutan ticarət əməliyyatında "Bitcoin"in dəyəri 7 aprel 2026-cı ildən bu yana ilk dəfə olaraq 70 min dollardan aşağı düşüb.

Referans Media  xəbər verir ki, bu göstəricilər məşhur "Binance" ticarət platformasının statistik rəqəmlərində öz əksini tapıb.

Bakı vaxtı ilə saat 10:56-da qeydə alınan nəticələrə əsasən, rəqəmsal valyuta 4.46% ucuzlaşaraq 69 788 dollar olub.

Saat 11:10-a olan məlumata isə "Bitcoin"in enişi -4.37% faiz (70.004 dollar) təşkil edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki